10 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya Ukraynaya 30 ton humanitar yardım göndərəcək

Yaponiya Ukraynaya xilasetmə əməliyyatları zamanı istifadəsi nəzərdə tutulan 30 ton ağırlığında müxtəlif əşyalar və avadanlıq göndərəcək.

Banker.az xəbər verir ki, bu barədə mayın 27-də Yaponiya Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin saytında yayılan məlumatda bildirilir. Qeyd edilir ki, Tokio Kiyevə yanğınsöndürənlər üçün xüsusi geyimlər, rabitə vasitələri və süni peyk telefonları göndərəcək. Həmin yükün ayın sonlarında Polşaya və oradan Ukraynaya göndərilməsi planlaşdırılır.

Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti mayın 19-da Ukraynaya göstərilən humanitar maliyyə yardımının iki dəfə artırılması və onun 600 milyon dollara çatdırılması barədə qərar qəbul edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər