14 C
Baku
Saturday, November 23, 2024

Yaponiya Ukraynaya 37 milyon dollar ayıracaq

Yaponiya Ukraynanı pilotsuz uçuş aparatları (PUA) aşkarlama sistemləri ilə təmin etmək üçün NATO fonduna 5.3 milyard yen (37 milyon ABŞ dolları) verəcək.

Bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı zamanı deyib.

O, daha əvvəl bildirmişdi ki, Kiyevdə Ukraynaya dəstək məsələlərini, bu ölkə ilə iqtisadiyyatın bərpasına dair birgə konfransı, ədalətli və davamlı sülhə nail olmaq yollarını müzakirə edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər