Yaponiya hökuməti Ukraynaya müdafiə xarakterli texnika verilməsi qaydalarına yenidən baxmaq istəyir.
Tokio hələ ki, Kiyevə silah tədarük edə bilmir. Lakin hökumət hesab edir ki, silah ixracı üçün onun sırf müdafiə məqsədi ilə istifadə edilməsi tələb edilir. Buna görə də Ukraynaya yalnız zirehli gödəkçə və dəbilqə göndərilib.
Ekspertlərin fikrincə, qaydalar ilin sonunadək dəyişməsi mümkündür. Bu təqdirdə Yaponiyanın silah istehsalçıları ciddi mənfəət əldə edə bilər.