6 C
Baku
Sunday, December 15, 2024

Yaponiya Ukraynaya silah verməkdən imtina edib

Ukrayna hökuməti Yaponiyadan tank əleyhinə raketlər və döyüş sursatları istəsə də, rədd cavabı alıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Kyodo” xəbər agentliyinin məlumatına görə, Yaponiya bunu tələbin “hüquqi baxımdan” yerinə yetirilməsinin çətin olması ilə əsaslandırıb.

Qeyd edək ki, Ukrayna bu sorğunu fevralın sonunda göndərib. Yaponiyanın müdafiə naziri Nobuo Kisiyə tank əleyhinə raketlər, yer-hava tipli raketlər və döyüş sursatları tələb edən məktub göndərilib.

Yaponiya hökuməti hesab edir ki, Ukraynaya silah vermək xaricə silah tədarükü ilə bağlı üç prinsipi pozmaq deməkdir. Tokio Kiyevə yalnız gülləkeçirməz jiletlər və qoruyucu dəbilqələr tədarük edəcək. Həmçinin, ukraynalılara qış geyimləri, çadırlar, sanitar qovşaqlar, qida və elektrik generatorları göndəriləcək.

Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” məqsədilə hərbi əməliyyata başladığını elan edib. Qərb ölkələri bu qərarı qətiyyətlə pisləyib və sərt anti-Rusiya sanksiyaları tətbiq edib, həmçinin Kiyevə silah tədarükünü artırıb. Pentaqonun məlumatına görə, Ukrayna 15 ölkədən silah alır və “onlardan çox səmərəli istifadə edir”.

Son xəbərlər
Digər xəbərlər