30 C
Baku
Thursday, June 20, 2024

Yaponiya və Almaniya liderləri Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər

Yaponiyanın Baş naziri Fumio Kişida və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukraynaya dəstəyi davam etdirmək barədə razılaşıblar. Bundan əlavə, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi barədə də ortaq məxrəcə gəliblər.

İki ölkənin liderləri Almaniya Prezidentinin Tokioya rəsmi səfəri çərçivəsində görüşüblər.

Görüş zamanı tərəflər Rusiyanın Ukraynaya davam edən təcavüzü və nüvə silahının tətbiqi barədə təhdiddən narahatlıqlarını ifadə ediblər. Təcavüzün qarşısının alınması məqsədilə Rusiyaya qarşı sanksiyaların davam etdirməsinin zəruriliyi qeyd edilib.

Liderlərin Avropa və Asiyada qarşılıqlı təhlükəsizlizlik barədə razılığa gəldikləri də vurğulanır. Həmçinin tərəflərin azad və açıq Hind-Sakit okean regionunun formalaşması barədə əməkdaşlığı fəallaşdıracaqları qeyd edilir.

Görüş zamanı liderlərin beynəlxalq cəmiyyət qarşısında duran problemlərin həlli məqsədilə G7 çərçivəsində birgə çalışmaq barədə razılıq əldə etdiyi də bildirilir.

Xatırladaq ki, Almaniya cari ildə, Yaponiya isə gələn ildən G7-ni qəbul edən ölkələr olacaqlar.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər