12 C
Baku
Sunday, October 27, 2024

Yaponiya və Cənubi Koreya arasında 12 ildən sonra səfərlər bərpa edilir

Yaponiya və Cənubi Koreya liderləri 2011-ci ildə kəsilmiş qarşılıqlı ölkə səfərlərini bərpa etməyə hazırlaşırlar.

Yaponiya hökuməti Cənubi Koreya lideri Yoon Suk-yeolun həyat yoldaşı Kim Keon Hee ilə həftə ərzində Yaponiyaya səfər edəcəyini açıqlayıb.

Yaponiyanın Baş naziri Kişida Fumio Yoonun səfərinin elanından sonra Tokio-Seul əlaqələrini yaxşılaşdırmaqda qərarlı olduqlarını açıqlayıb.

Cənubi Koreya Prezident Aparatının bəyanatında “vacib təməl daşı” olaraq xarakterizə edilən səfərin qarşılıqlı lider səfərlərinin yenidən başlanmasına işarə olacağı vurğulanıb.

Bəyanatda qonşu ölkələrin “keçmişin bədbəxtliklərini aradan qaldırması, gələcəyə doğru irəliləməsi” və ikitərəfli təhlükəsizlik əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər