24 C
Baku
Wednesday, August 17, 2022

Yaponiya və İndoneziya arasında sürətli dəmir yolunun inşası barədə razılıq əldə edilib

Yaponiya və İndoneziya arasında əldə edilən razılaşmaya əsasən Cakartanı İndoneziyanın ikinci şəhəri hesab edilən Subaraya ilə birləşdirəcək sürətli dəmir yolunun inşası ilə əlaqədar irimiqyaslı araşdırmalara başlanacaq.

Yaponiya KİV-lərinə istinadla xəbər verilir ki, bu barədə sənəd sentyabrın 24-də, iki ölkənin rəsmiləri tərəfindən Cakartada layihənin ilkin variantı barədə razılıq əldə edildikdən sonra imzalanıb.

Layihəyə əsasən, yeni inşa olunacaq yol hazırda mövcud olan dəmir yolu xəttinin yaxınlığından salınacaq və təqribən 730 kilometr uzunluğunda marşrutu əhatə edəcək.

Maksimum sürəti saatda 160 kilometr təşkil edəcək yol həmin məsafəni hazırkı 9 saat əvəzinə 5,5 saata qət etməyə şərait yaradacaq.

Yolun salınmasına iki tərəf arasında yekun razılaşma əldə edildikdən sonra başlanacaq.

©Azərtac

Son xəbərlər
Oxşar xəbərlər