Yaponiya və ABŞ elmi sahədə süni intellektin inkişafına $1 milyard sərmayə qoyur

Yaponiya və ABŞ elmi sahədə süni intellektin inkişafına birgə investisiya yatırmaq barədə razılığa gəlib. Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın jurnalistlərə verdiyi məlumata görə, yaxın beş il ərzində bu məqsədlə 1 milyard dollar ayrılacaq.

Söhbət Yaponiya və ABŞ-nin elmi sahədə süni intellektin inkişafına yönəlmiş proqramlarını birləşdirəcək strateji tərəfdaşlıqdan gedir. Kihara bildirib ki, tərəfdaşlıq çərçivəsində süni intellekt də daxil olmaqla qabaqcıl elm və texnologiyanın müxtəlif sahələrində iri miqyaslı beynəlxalq birgə tədqiqat və inkişaf layihələrinə beş il ərzində ümumilikdə 1 milyard dollar həcmində strateji investisiya yatırılması, eləcə də hesablama resursları bazasının gücləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, tərəfdaşlıq birgə tədqiqatlar zamanı hesablama resurslarından qarşılıqlı istifadəyə də imkan verəcək. Kihara ümid etdiyini bildirib ki, bu əməkdaşlıq Yaponiya ilə ABŞ arasında kvant informasiya elmləri, termonüvə sintezi texnologiyaları, biotexnologiya və kritik materiallar da daxil olmaqla qabaqcıl elm və texnologiyanın müxtəlif istiqamətlərində əlaqələrin genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər