15 C
Baku
Saturday, April 20, 2024

Yaponiya və Cənubi Koreya arasındakı mübahisə elektonik məhsulların bahalaşmasına səbəb olacaq

Bu yaxınlarda Yaponiya və Cənubi Koreya arasındakı gərginliyin artması, vacib qlobal yarımkeçirici təchizatı zəncirinin pozulacağı ilə bağlı qorxuları artırıb. Bu, bütün dünya üzrə istehlakçı elektronikasının qiymətinin artmasına gətirib çıxaracaq,

Banker.az bildirir ki, bu barədə CNBC xəbər verir.

“Yaponiya və Cənubi Koreya arasında davam edən ticarət mübahisəsi, qlobal yarımkeçiricilər sənayesi üçün ciddi nəticələrə səbəb ola bilər”, – deyə ötən həftə IHS Markit konsaltinq şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə baş iqtisadçı Rajiv Biswas bildirib.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, 1 iyulda Yaponiya  hökuməti Cənubi Koreyanın ixracatına məhdudiyyətlər tətbiq edib. Bu, iki ölkə arasındakı etibarlı münasibətlərə mənfi təsir göstərən əsas amillərdən biri olmuşdur. İyulun 4-dən etibarən Cənubi Koreyaya üç növ materialları (ftorlaşdırılmış polimid, ftorlu hidrogen və rezistlər)  ixrac etmək üçün fərdi müraciətlər tələb olunacaq. Müraciətlərin nəzərdən keçirilməsi təxminən 90 gün çəkir.

Avqust ayında Koreya ölkənin elektron komponentlərini idxal edən “ağ ölkələrin” siyahısından çıxarıla bilər, bu haqda Tokio xəbər verib.

Məhdudiyyətlər hər iki ölkənin texnologiya sahəsinə zərbə vurmuş ola bilər.

Şirkətlər alternativ təchizatçı tapsalar da, “keyfiyyət problemləri ilə üzləşə bilərlər”. Bu haqda Oxford Economics xəbər verir.

“Cənubi Koreyanın çip istehsalı sahəsinə təchizatla bağlı hər hansısa məhdudiyyətlər yaransa, yaddaş komponentlərin qiymətlərində dəyişiklik ola bilər. Bu, mobil telefonlara, fərdi kompüterlərə və digər istehlak elektronikasının qiymətinə təsir edəcək”, –  Rajiv Biswas əlavə edir.

 

Son xəbərlər
Digər xəbərlər