12 C
Baku
Wednesday, December 11, 2024

Yaponiya Xarici İşlər Nazirliyi 19 ildə ilk dəfə Kuril adalarını “qanunsuz işğal olunmuş” adlandırıb

Yaponiya Xarici İşlər Nazirliyi 2022-ci il üçün diplomatiyaya dair “Mavi kitab” hesabatında 19 ildə ilk dəfə olaraq Cənubi Kuril adalarını “işğal edilmiş” ərazilər adlandırıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.

Hesabatda qeyd edilir ki, “şimal əraziləri Yaponiyanın ayrılmaz hissəsidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”.

Bundan əlavə, Yaponiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Ukraynada keçirilən xüsusi əməliyyat fonunda “Rusiya ilə sülh müqaviləsinin bağlanması üzrə danışıqların perspektivləri barədə danışmaq çətindir”.

Bundan əvvəl Yaponiya hakimiyyəti Rusiyadan olan 398 şəxsə və 28 təşkilata qarşı sanksiya tətbiq edib.

Mart ayında Rusiya tərəfi Cənubi Kuril adalarında müştərək iqtisadi fəaliyyətlərin yaradılmasına dair Yaponiya ilə dialoqdan çıxdığını bəyan edib.

Son xəbərlər
Digər xəbərlər