Yaponiya hökuməti ölkədə yarımkeçiricilərin istehsalını dəstəkləmək məqsədilə 200 mlrd. yen (təxminən 1,84 mlrd. ABŞ dollar) sərmayə yatırmaq niyyətindədir.
Bununla yanaşı, elektromobillər üçün batareyaların istehsalı da maliyyələşdiriləcək.
Əlavə olaraq, ABŞ yarımkeçirici və çip istehsalçılarının Yaponiyada mövqelərini bərkitmək üçün iki ölkənin istehsal əlaqələrinin gücləndiriləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ yerli yarımkeçirici məhsulların istehsalını genişləndirmək məqsədilə 52 mlrd. dollar sərmayə yatıracağını səsləndirmişdi. Çində qeyd olunan sahənin gücləndirilməsinə qoyulan sərmayənin həcmi 150 mlrd. dollar civarında qiymətləndirilir.