12 C
Baku
Saturday, November 23, 2024

Yaponiya yaxın zamanlarda ciddi enerji çatışmazlığı ilə qarşılaşa bilər

Yaponiya növbəti qış fəslində havaların soyuq keçəcəyi halda 2011-ci il zəlzələsindən sonra ən ciddi enerji çatışmazlığı ilə qarşılaşa bilər.

Bu barədə aparılan hesablamalara əsasən “Nikkei” qəzeti iyunun 6-da dərc etdiyi məqalədə məlumat yayıb. Qeyd edilir ki, elektrik enerjisi çatışmazlığının azı 1,1 milyon ev təsərrüfatını əhatə edəcəyi gözlənilir. Məsələ burasındadır ki, son vaxtlar ölkədə bir sıra istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb. Məlum zəlzələdən sonra işi dayandırılan AES-lərin fəaliyyətinin bərpasına isə yerli hakimiyyət orqanları hələ də razılıq vermirlər. Həmçinin, Ukrayna ətrafında vəziyyətlə əlaqədar Rusiyadan enerji ehtiyatlarının alınması məsələsi də sual altındadır.

Qəzetin yazdığına görə, qış fəsli soyuq keçəcəyi təqdirdə ölkə üzrə elektrik enerjisi çatışmazlığı 3,5 milyon kVt təşkil edə bilər. Mütəxəssislərin rəyinə görə, Rusiyadan sıxılmış qazın idxalı dayandırılacağı halda bu göstərici 4 milyon kVt-a çata bilər.

Xatırladaq ki, “Fukusima-1” AES-də qəzaya qədər Yaponiyada AES-lərdə işləyən 50-dək reaktor enerji balansında 30 faiz təşkil edirdi. Həmin AES-lərin fəaliyyəti məcburi şəkildə dayandırıldıqdan sonra ölkənin enerji təminatını əsasən, istilik stansiyaları ödəyir. Hazırda fəaliyyəti bərpa edilən altı AES-də yalnız 10 reaktor çalışır, digər obyektlərdə isə yoxlamalar hələ də davam edir.

Belə olan şəraitdə Yaponiya hökuməti yaxın zamanlarda atom elektrik stansiyalarının işinin bərpası ilə bağlı siyasəti davam etdirmək niyyətindədir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər