28 C
Baku
Saturday, July 27, 2024

Yaponiya yayda dörd ölkə üçün giriş məhdudiyyətlərini sadələşdirəcək

Yaponiya bu yay Covid-19 koronavirus infeksiyasının yayılması səbəbindən tətbiq olunan giriş məhdudiyyətlərini bir qədər sadələşdirəcək. Babnker.az xəbər verir ki, bu barədə hökumətə istinadən “Kiodo” agentliyi məlumat verib.

Qeyd edildiyi kimi, məhdudiyyətlər ilk olaraq dörd ölkə üçün sadələşdiriləcək – Avstraliya, Vyetnam, Yeni Zelandiya və Tailand.

Bu ölkələrin Yaponiya ilə sıx iqtisadi əlaqələrə malik olduqları üçün, ilk olaraq onlar seçilmişdi. Bir müddətdən sonra Çin, ABŞ və Cənubi Koreya ilə məhdudiyyətləri aradan qaldırmaq planlaşdırılır.

Hal-hazırda Yaponiya Rusiya və ABŞ da daxil olmaqla dünyanın 111 ölkə ilə gediş-gəlişi dayandırmışdır.

Xatırladaq ki, koronavirus pandemiyasının yayılması Tokioda keçiriləcək Olimpiadanın 2021-ci ilədək təxirə salınmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər