14 C
Baku
Saturday, October 5, 2024

Yaponiya yeni superkompüter hazırlayacaq

Dünyanın ən sürətli kompüteri olan “Fuqaku”ya sahib olan Yaponiya daha bir yeniliyə imza atacaq.

Yapon alimlər növbəti illərdə daha sürətli olan “Fuqaku Next” superkompüterini hazırlayacaqlar.

Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi yeni kompüterin istehsalına 2025-ci ildə başlanacağını açıqlayıb.

Bildirilir ki, “Fuqaku Next” 2030-cu ildə istifadəyə veriləcək və hökumət bu layihə üçün 110 milyard yapon yeni ayırıb.

Son xəbərlər
Digər xəbərlər