12 C
Baku
Saturday, November 23, 2024

Yaponiyada əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin dövrü başa çatır

Yaponiyanın “Mitsubishi” şirkəti əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin daxili bazarda satışını dayandırmağı planlaşdırır. Xatırladaq ki, bu avtomobillər ilk dəfə 1982-ci ildə yapon bazarına çıxarılıb.

 Yerli KİV-lərə istinadla xəbər verilir ki, həmin avtomobilin ixracı davam etdirilsə də, ölkə daxilində əfsanəvi avtomobilin dövrü başa çatır.

“Mitsubishi Pajero” avtomobili idman imicinə görə, şəhərdən kənara səfər edənlər arasında böyük populyarlığı ilə seçilir. Lakin ötən il şirkət daxili bazarda bu avtomobildən cəmi bir neçə yüz ədəd sata bilib.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər