17 C
Baku
Monday, October 20, 2025

Yaponiyada əhalinin sayı azalır

2024-cü ildə Yaponiya əhalisinin sayı əvvəlki illə müqayisədə 908 min nəfər azalaraq 120 milyon 653 min 227 nəfərə düşüb.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, artıq ardıcıl 16-cı ildir bu ölkədə əhalinin sayında azalma müşahidə olunur.

Statistika İdarəsinin son izləmə metodu aydın şəkildə göstərir ki, cari ildə Yaponiya əhalisinin sayında 1968-ci ildən bəri ən böyük azalma qeydə alınıb.

Ən son rəqəmlər siyasətçilərin doğum nisbətlərinin aşağı düşməsini və regionlarda əhalinin azalmasının qarşısını almaq üçün mübarizə apardıqları bir vaxtda açıqlanıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər