10 C
Baku
Friday, December 13, 2024

Yaponiyada ərzaq məhsullarının qiyməti xeyli artıb

Yaponiyanın bütün supermarketlərində ərzaq məhsullarının qiyməti ötən illə müqayisədə xeyli artıb.

Bu barədə Tokioda yerləşən “True Data” araşdırma mərkəzinin iyunun 20-də dərc etdiyi hesabatda bildirilir. Qeyd edilir ki, bitki yağının qiyməti ötən illə müqayisədə 1,5 dəfə, mayonez 30 faiz, makaron məhsulları 14 faiz bahalaşıb.

Həmçinin buğda ununun qiymətinin 9 faizdən çox, çörəyin isə 8 faiz artdığı bildirilir. Mərkəzin məlumatına görə, bahalaşmaya dünya miqyasında ərzağın və yanacağın qiymətinin artması ilə yanaşı, milli valyuta olan yenin dəyərini itirməsi də səbəb olub. Nəticədə xaricdən gətirilən bütün məhsulların qiyməti artıb.

Yaponiya hazırda kilokalori baxımından özünü ərzaqla yalnız 37 faiz təmin edir ki, bu da ölkə tarixində ən aşağı səviyyədir. Hökumət tərəfindən mayda təsdiq edilmiş kənd təsərrüfatı üzrə “Ağ kitab”a görə, bu vəziyyət 2018-ci ildən bəri davam edir.

Sənəddə qeyd olunur ki, 2021-ci maliyyə ilində ölkə yenidən ərzaq idxalına 7 trilyon (55,4 milyard dollar) çox vəsait xərcləyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər