Bu il Yaponiyada ərzaq qiymətlərinin artımının miqyası 2022-ci ilin səviyyəsini keçib.
Bu barədə ölkənin aparıcı statistik mərkəzi olan “Teikoku Databank”ın hesabatında deyilir.
Belə ki, bu il 31.8 min ədəd ərzaq məhsulunda qiymət artımı qeydə alınıbsa, 2022-ci ildə bu, cəmi 25.7 min ədəddə müşahidə olunmuşdu.
Sentyabr ayında bu növ malların 4.6 min ədədində qiymət artımı qeydə alınıb. Xammalın bahalaşması ilə əlaqədar qiymət artımı davam edir.
2022-ci ildə Yaponiyada bütövlükdə ərzaq qiymətləri əvvəlki ilə nisbətən 14% artıb.