32 C
Baku
Saturday, July 19, 2025

Yaponiyada 2011-ci ildən bəri ilk AES tikilə bilər

Yaponiyanın “Kansai Electric Power Co.” enerji şirkəti “Mihama” atom elektrik stansiyasının (AES) birinci enerji blokunun yenidən qurulmasına hazırlıq çərçivəsində geoloji tədqiqat və digər işlər aparmaq niyyətindədir.

Bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Kansai Electric Power Co.” Fukui prefekturasında yerləşən “Mihama” AES-in bərpasına hazırlıq çərçivəsində ərazidə geoloji tədqiqatların aparılması imkanını nəzərdən keçirir”, – məlumatda bildirilib.

Qeyd olunub ki, əgər yeni və ya əvəzləyici enerji bloku tikilərsə, bu, 2011-ci ildə “Fukuşima” AES-də baş verən qəzadan sonra ilk belə layihə olacaq. Hazırda “Mihama”nın iki enerji bloku istifadə edilmir.

Telekanalın mənbələrinin məlumatına görə, Yaponiyanın enerji şirkəti avqustun ortalarında tədqiqatların başlanması ilə bağlı rəsmi açıqlama verməyi planlaşdırır. Hələ ki, heç bir qəti qərar qəbul edilməyib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər