Tokioda polis əməkdaşları 4 ton qızıl qaçaqmalçılığı üstündə iki İsrail vətəndaşını həbs ediblər. Banker.az bu haqda NHK kanalına istinadən xəbər verir.
Qeyd olunur ki, kontrabandanın ümumi dəyəri 20 milyard yen (183 milyon dollar) təşkil edir.
İsrail vətəndaşları qiymətli metalı HongKong-dan Narita hava limanı vasitəsi ilə nəql ediblər. Ehtimal olunur ki, bu şəxslər 2017-ci ildən bəri azı 50 dəfə qaçaqmalçılığı həyata keçiriblər. Hal-hazırda, hüquq mühafizə orqanları hadisə ilə bağlı faktları araşdırır.