Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb

Yaponiyanın onlayn rejimdə fəaliyyət göstərən “Tech Bureau Corp” birjasından bitkoin də daxil olmaqla müxtəlif kriptovalyutalar oğurlanıb.

Banker.az Reporta istinadən xəbər verir ki, oğurluğun dəyəri 6,7 mlrd. yapon yen (təxminən 60 mln. ABŞ dolları) təşkil edib.

Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar. 2 saat ərzində oğurlanmış kriptovalyutaların 40 mln. dollarlıq hissəsi müştərilərin birjada depozit kimi saxladığı vəsaitləri olub.