9 C
Baku
Friday, December 13, 2024

Yaponiyada altı ayda rekord həcmdə ticarət kəsiri qeydə alınıb

Yaponiyada aprelin 1-də başlayan, 2022-ci ildə maliyyə ilinin birinci yarısının nəticələrinə görə, ticarət kəsiri rekord hədd təşkil edib. Belə ki, bu rəqəm 11 trilyon yen və ya təxminən 73.37 milyard dollara çatıb. Bu da 1979-cu ildən bəri ən böyük göstəricidir.

Yaponiyanın idxalı 44.5% artaraq 60.58 trilyon yenə (404.09 milyard dollar) çatıb. Eyni dövrdə ixrac cəmi 19.6% artaraq 49.58 trilyon yen (330.72 milyard dollar) olub.

Oxşar mənfi ticarət balanssızlığı ölkədə 2013-cü ildə maliyyə ilinin ikinci yarısında qeydə alınıb. O zaman idxal və ixrac arasında fərq o qədər də ciddi olmayıb. Onda disbalans 8.76 trilyon yen və ya cari məzənnə ilə 58.43 milyard dollar təşkil edib.

Cari maliyyə ilində Yaponiyada analoji dinamika enerji böhranının güclənməsi və enerji qiymətlərinin artması ilə bağlı olub. Vəziyyətə milli valyutanın son 32 ilin ən aşağı dəyərlərinə düşməsi də təsir edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər