20 C
Baku
Wednesday, April 24, 2024

Yaponiyada bir salxım üzüm 12.7 min dollara satılıb

Yaponiyanın Kanadzava şəhərində keçirilən hərracda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm rekord qiymətə, 1.4 milyon yenə (təqribən 12.7 min ABŞ dolları) satılıb.

Bu barədə “Kyodo” agentliyi xəbər verib.

Bu il salxımı supermarketlər şəbəkəsinin sahibi alıb. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər