17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Yaponiyada Braziliyadan gələnlərdə koronavirusun yeni növü aşkarlanıb

Screen Shot 2021 09 02 at 14.34.20

Yaponiyada Braziliyadan gələnlərdə koronavirusun yeni növü aşkar edilib.

Banker.az “RBC.ru”ya istinadən xəbər verir ki, bu barədə hökumətə istinadən “Kyodo” agentliyi məlumat yayıb. Bildirildiyi kimi, mutasiyaya uğramış Covid-19 dörd nəfərdə müəyyən edilib.

Milli Yoluxucu Xəstəliklər İnstitutu bu virusun yoluxucu olduğuna dair heç bir dəlilin olmadığını bildirib. Bundan əlavə, alimlər infeksiyanın bu növünün xəstəliyin ağır formalarına səbəb olub-olmadığını hələ bilmirlər.

Eyni zamanda institutun rəhbəri Takaji Vakita Braziliyadan gətirilən virusun İngiltərə və yayılan xəstəliyə bənzər olduğunu söyləyib. Yaponiyanın baş naziri ölkədəki epidemioloji vəziyyəti bir neçə gün izləyəcəyini, sonra isə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsinə dair qərar verəcəyini bildirib.

Xatırladaq ki, Yaponiyada yanvarın sonunadək sərt karantin rejimi tətbiq olunub. O cümlədən, xarici vətəndaşların ölkəyə girişi qadağan edilib. Hopkins Universitetinin statistikasına görə, indiyədək Yaponiyada 288 min nəfər yoluxub, onlardan 3.8 nəfər dünyasını dəyişib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər