31 C
Baku
Sunday, June 16, 2024

Yaponiyada davranış qaydaları

Beləliklə, Yaponiyaya gəldiniz. İndi siz – “qaydzin”siz! Yaponlar əcnəbiləri məhz belə adlandırırlar, ona görə də inciməyə dəyməz. Bəs sizin necə yaxşı qaydzin olmağınız artıq ikinci sualdır.

Deyilənə görə Yaponiyanın davranış qaydalarını və sosial normalarını məntiqlə başa düşmək çətindir.

Təzimlər

Bir yapona müraciət edərkən təzim etmək lazımdır. Düşünməyin ki, onlar bununla təkəbbürlük edirlər, xeyr, onlar öz aralarında da bir-birilərinə təzim edirlər. Burada təzimin dərəcəsi həmsöhbətinizin statusu ilə üst-üstə düşməlidir. Əgər qarşınızdakı şəxs dostunuzdursa başınızı azacıq tərpətməyiniz kifayətdir. Yox əgər qarşınızdakı müdirdirsə bu zaman 45 dərəcə, yaşlı insansa 70 dərəcə əyilərək təzim etməli olacaqsınız.

Baxışlar

Yaponiyada danışan insanın uzun müddət həmsöhbətinin gözünə baxması aqressiya əlaməti olaraq qəbul edilir. Başqa bir maraqlı hal da var: əgər həmsöhbətinizin tez-tez gözlərini sizdən qaçırırsa demək o sizdən nəisə gizlədir və yaxud yalan danışır. Buna görə də yapon həmsöhbətiniz ilə söhbət etdikdə baxışlarda ortaq bir nöqtəni tutmaq lazımdır.

Zökəm

Yaponiya siz zökəm olsanız və burnunuz axdıqda dəsmal və yaxud xüsusi salfetdən istifadə etmədən öncə ətrafınızdakıların sizi görmədiyindən əmin olun. Çünki bu ölkədə bu qadağandır. Bunun əvəzinə hətta iş görüşməsində belə burnunuzu çəkə bilərsiniz və buna görə heç kim sizi qınamayacaq.

Kollektivlik

Burada həmçinin ətrafdakıların diqqətini özünüzə cəlb etməkdə daxildir. Məsələn, yüksəkdən danışmaq və yaxud ictimai nəqliyyatda mobil telefon ilə danışmaq.

Evdə

Yapon evinə daxil olarkən mütləq ayaqqabılarınızı çıxarmalısınız. İlk baxışdan burada qəribə heç nə yoxdur, lakin Yaponiyada ofisə də daxil olarkən mütləq ayaqqabılarınızı çıxarmalısınız. Ayaqqabılarınızı çıxardıqdan sonra sizə xüsusi başmaq təklif edəcəklər və həm ofis, həm də evdə siz bu başmaqları geyməli olacaqsız. Bundan başqa otağa daxil olduğunuzda bu başmaqları da çıxarmalı olacaqsınız.

Masa arxasında

Yaponiyada yemək adətən yerdə oturularaq yeyilir və seiza pozasında oturmaq tələb olunur. Bu poza ayaqlarınızı qatlayaraq üstündə oturduğunuz və belinizi dik tutduğunuz vəziyyətdir. Kişilərin dostlarının və yaxud qohumlarının əhatəsində “türksayağı” aqura vəziyyətində oturmağına icazə verilir. Qadınların isə əgər xarici qonaqdırsa seiza vəziyyətində oturarkən ayaqlarını azacıq yana əyməsinə icazə verilir.

Xasi

Xasi – yaponların yemək zamanı istifadə etdikləri xüsusi çubuqların adıdır. Bir çox yaponlar hələ də bir çox xaricinin bu çubuqlarla necə rahat yemək yediyini görəndə təəccüblənirlər. Əgər siz də bu xasilərlə rahat davrana bilmirsinizsə gülünc vəziyyətə düşməkdən qorxmayın, çünki yaponların bir çoxu da heç onlardan tam şəkildə istifadə edə bilmirlər. Bundan başqa bir çox şeylər var ki, xasi ilə onları etmək məsləhət görülmür.

Xasi ilə edilməsi məsləhət görülməyən şeylər:

Mayebasi – qəti qadağandır! Sadə dildə desək xasi çubuqları ilə stol üzərində nəisə şəkil çəkmək və yaxud onlarla kimisə göstərmək qadağandır.

Saquribasi – ni də etmək olmaz! Bu çubuqlarla götürdüyünüz qidanın bir hissəsini yenidən qaba qaytara bilməzsiniz, mütləq ağıza aparılmalıdır!

Sasibasi – heç bir halda etməyin! Çubuqlarla yeməyi dürtməyə çalışmayın. Əgər artıq heç bir şey alınmırsa, ən yaxın dostlarının əhatəsində kişilər suşini əli ilə götürə bilər.

Tatebasi – ümumiyyətlə qadağandır! Bu o deməkdir ki, çubuqların düyü ilə dolu kasaya salınması qəti şəkildə qadağandır.

Masa arxasına aid digər qaydalar

Yemək yalnız “ittadakimas” sözündən sonra başlayır. Əgər heç kim bu sözü demirsə və əgər çox acmısınızsa özünüz deyərək yeməyə başlaya bilərsiniz. Yeməkdən başqa içmək istəsəniz yenə də elə-belə başlaya bilməzsiniz. Burada kimsə tost deməlidir və “Kampay” sözündən sonra içə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər