Yaponiyada yay mövsümünün başlaması ilə əlaqədar dövlət qulluqçularına işə qalstuksuz gəlməyə icazə verilib.
Bəzi nazirlər, eləcə də nazirlik işçiləri qalstuk taxmamaqla yanaşı, işə futbolkalarda da gəliblər.
Qeyd olunur ki, bu cür geyim forması oktyabrın 31-dək qüvvədə qalacaq.
Bu qərar 2011-ci ildə Fukusima atom elektrik stansiyasında baş vermiş qəzadan sonra elektrik enerjisinə, o cümlədən sərinləşdirmə sistemlərinin işində qənaət ilə əlaqədardır.
©Trend