11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Yaponiyada fövqəladə vəziyyət bütün ölkə ərazisinə aid edilə bilər

Yaponiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək niyyətindədir.

Bu məsələ bu gün ölkə parlamentinin hər iki palatasında müzakirə olunacaq.

Xatırladaq ki, Yaponiya baş naziri Şinzo Abe aprelin 8-də paytaxt Tokioda, Osaka şəhərində və digər 5 prefekturada fövqəladə vəziyyət elan etmişdi. Bütün ölkədə fövqəladə vəziyyətin bu gün elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu günədək Yaponiyada 8 600-dən çox şəxsə virusa yoluxub, 178 nəfər virusdan həyatını itirib.

©Trend

Son xəbərlər
Oxşar xəbərlər