9 C
Baku
Sunday, November 17, 2024

Yaponiyada hava limanında robot polislər işə salınıb

Yaponiyanın paytaxtı Tokioda yerləşən Narita hava limanında robot polislər işə salınıb.

Süni intellektlə təchiz olunmuş robotların xarici görünüşü 1,2 metr hündürlüyündə nəqliyyat vasitəsinə bəznəyir.

Qeyd olunur ki, həmin robotlar kameraların qeydə aldığı görüntüləri dərhal təhlil etmək imkanına malikdir.

Robot polislər hava limanında nizam-intizama nəzarət etməklə yanaşı, itmiş və ya şübhəli əşyaların axtarışlarını aparacaq.

Daha əvvəl buna bənzər robot polislər Tokioda keçirilmiş Yay Olumpiya oyunları zamanı Tokio hava limanında istifadə olunsa da, həmin robotlar süni intellektlə təchiz olunmamışdı.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər