6 C
Baku
Tuesday, February 27, 2024

Yaponiyada ilk uçan avtomobil sınaqdan keçirildi

Yaponiyada, ölkənin cənub-qərbində yerləşən Oita prefekturasında iki sərnişin üçün nəzərdə tutulan uçan avtomobilin ilk sınaqları keçirilib.

Uçan maşında dron texnologiyasından istifadə edilib.

Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 3 dəqiqə ərzində 431 m məsafə qət edib. Uçuş sürəti 36 km/saat olub.

Avtomobili hazırlayan texnologiya şirkəti “Masc”ın rəhbəri Kirino Hiroşi bildirib ki, növbəti sınaqlar uğurlu olarsa, o, uçan avtomobilləri kommersiya satışına çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, bu ehtimal ildən-ilə artır.

Son xəbərlər
Digər xəbərlər