Yaponiyada istehlak qiymətləri aprel ayında illik müqayisədə 2.5% artıb, ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin hesabatında deyilir.
Artım tempi mart ayındakı 2.7% ilə müqayisədə yavaşlayıb.
Ölkənin Mərkəzi Bankının izlədiyi əsas göstərici olan qida istisna olmaqla, qiymətlər keçən ay 2.2% artıb. Bu, analitiklərin orta proqnozu ilə üst-üstə düşür, “The Japan Times” yazır.
Ərzaq məhsullarının qiyməti 3.5%, xidmətlər 1.7% bahalaşıb.
Yaponiyada aprel ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0.2% artıb. Mart ayında da analoji miqyasda artım qeydə alınıb.