Yaponiyada istehlak qiymətləri iyul ayında rekord səviyyəyə qalxıb: 2021-ci ilin iyul ayı ilə müqayisədə inflyasiya 2.6% (+0.2%) təşkil edib. Artım tempi 2014-cü ilin aprelindən bəri ən yüksək temp olub, qiymət artımı ardıcıl 11-ci aydır, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi bildirib.
Ən çox yanacaq və kommunal xidmətlər (14.7%), ərzaq məhsulları (4.4%), mebel (3.9%), geyim və ayaqqabılar (1.4%) bahalaşıb. Bununla yanaşı, tibbi xidmətin dəyəri 0.8%, nəqliyyat xidmətləri isə 0.2% ucuzlaşıb.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərzaq qiymətlərinə görə mövsümi təsirlərdən təmizlənməmiş əsas istehlak qiymətləri indeksi iyun ayında 2.2% artdıqdan sonra illik 2.4%-ə yüksəlib. Göstərici ardıcıl dördüncü aydır Yaponiya Mərkəzi Bankının 2%-lik hədəfini keçib.
Ölkədə inflyasiya hələ də digər inkişaf etmiş ölkələrdə qiymət artımından xeyli geri qalır – müqayisə üçün qeyd edək ki, ABŞ-da illik inflyasiya iyulda 8.5%-ə çatıb.