7 C
Baku
Thursday, January 16, 2025

Yaponiyada inflyasiya son dörd ayda ilk dəfə artıb

Yaponiyanın əsas istehlak qiymətləri indeksi oktyabr ayında illik müqayisədə 2.9% artıb. Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, bu, son dörd ayda əsas inflyasiya göstəricisində ilk artımdır.

Kifayət qədər dəyişkən olan ərzaq qiymətləri nəzərə alınmayan baza inflyasiyası sentyabrda 2,8% təşkil edib. Bu, əvvəlki 13 ayda ən aşağı səviyyə olub.

“Nikkei” tərəfindən sorğuya qatılan yapon analitikləri inflyasiyanın artmasının arxasında sentyabrda elektrik enerjisi və enerji subsidiyalarının yarıya endirilməsinin dayandığını deyirlər. Əgər sentyabrda elektrik enerjisi və qazın qiyməti müvafiq olaraq 24.6% və 12.5% azalıbsa, oktyabrda bu rəqəm müvafiq olaraq 16.8% və 10.2% olub.

Oktyabrda inflyasiyanın cüzi də olsa artması investorlar arasında Yaponiya Bankının mənfi faiz dərəcələri siyasətinə son verə biləcəyi qorxusunu artırıb. “Reuters” agentliyinə müsahibə verən ekspertlərin fikrincə, bu, aprel ayında baş verə bilər.

Son xəbərlər
Digər xəbərlər