Yaponiyada iş yerində istiyə görə yüksək cərimə tətbiq ediləcək

Yaponiyada işçilərini iş yerində istidən qoruya bilməyən qurumlar cərimələnəcəklər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qanun bir çox yaponiyalının 2024-cü ildə yayda iş yerində yüksək temperaturdan əziyyət çəkməsindən sonra qəbul edilib.

Belə ki, ötən il ölkədə xüsusilə tikinti və istehsalat işçiləri arasında günvurmadan 30-a yaxın ölüm halı qeydə alınıb, 1 200 nəfər xəsarət alıb.

Yeni qaydalara əməl etməyən işəgötürən 500 min yen (təxminən 6 min manat) məbləğində cərimə ödəməli olacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər