32 C
Baku
Monday, July 8, 2024

Yaponiyada istehlak qiymətlərində yüksək artım qeydə alınıb

Yaponiyada avqust ayında istehlak qiymətlərinin illik ifadədə son 8 ilin ən sürətli artımı qeydə alınıb.

Bu barədə Yaponiyanın Daxili İşlər və Kommunikasiyalar Nazirliyinin məlumatında deyilir.

Belə ki, bu ilin avqust ayında bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artıb ki, bu da 2014-cü ildən sonra ən sürətli artım olub. Bu, ərzaq və enerji qiymətlərinin artması ilə əlaqələndirilir.

İnflyasiya səviyyəsi ardıcıl beş aydır Yaponiya Bankının 2%-lik hədəfindən yüksək olaraq qalır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər