9 C
Baku
Friday, November 15, 2024

Yaponiyada mindən artıq şirkətin kompyuterləri virus hücumuna məruz qalıb

Yaponiyada mindən artıq müəssisənin kompyuterləri ötən il ölkənin Pensiya Xidmətinin məruz qaldığı “Emdivi” virusunun hücumuna uğrayıb.

Bu yaxınlarda təşkil olunan hücum nəticəsində 20 minədək qabaqcıl texnologiya və müdafiə xarakterli məlumatların oğurlandığı bildirilir.

Bu barədə NHK televiziya kanalına hücuma məruz qalan müəssisələrin rəsmi nümayəndələri məlumat veriblər. Televiziya kanalı həm Yaponiyada, həm də xaricdə fəaliyyət göstərən tədqiqat institutları və mühafizə şirkətlərindən mövzu ilə bağlı müsahibələr alıb.

Ötən ilin mayında Yaponiya Pensiya Xidmətində “Emdivi” virusuna yoluxan 31 fərdi komyuterdən 1 milyon 250 min insanın məlumatı oğurlanmışdı. Hakerlər həmin virusa yoluxan komyuterlərdən məxfi məlumatları asanlıqla oğurlaya bilirlər.

Report

Son xəbərlər
Digər xəbərlər