6 C
Baku
Sunday, December 15, 2024

Yaponiyada qızılın qiyməti rekord həddə çatıb

Yaponiyada qızılın qiyməti rekord həddə çatıb. Ölkənin ən böyük qiymətli metal ticarət şirkətlərindən biri olan “Tanaka kikinzoku” qızılın bir qramının qiymətini 9.876 yen (70.54 dollar) səviyyəsində müəyyən edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Belə ki, qızılın qiyməti bu ilin aprel ayı ilə müqayisədə 330 yen (2.36 dollar) və ya 3.4% artıb. Qızılın bahalaşmasına bir sıra Amerika və Avropa banklarının müflis olması səbəb olub. Hazırda artımın davam etməsi yenanın ucuzlaşması ilə bağlı ola bilər.

Daha əvvəl bildirilmişdi ki, Yaponiya Maliyyə Nazirliyi 2023-cü ilin mayında Tokionun Rusiyadan taxıl idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 2098.7% artırdığını deyib.  Agentliyin məlumatına görə, ötən ay Yaponiya Rusiyadan tərəvəz idxalını 82% azaldıb, balıq və dəniz məhsulları idxalını isə 14.6% artırıb. Yaponiya hökumətinin məlumatına görə, bu ilin birinci rübündə Yaponiya iqtisadiyyatı hakimiyyət orqanlarının gözləntilərindən xeyli yüksək olan artım nümayiş etdirib.

Son xəbərlər
Digər xəbərlər