9 C
Baku
Friday, December 13, 2024

Yaponiyada uşaq bağçaları ödənişsiz olacaq

Mayın 10-da Yaponiya parlamentinin yuxarı palatası 2019-cu ilin oktyabrında qüvvəyə minməsi nəzərdə tutulan ödənişsiz uşaq bağçaları haqqında qanun qəbul edib.

Həmin sənəd ötən ay aşağı palata tərəfindən təsdiq edilmişdi.

Qanuna əsasən, 3 yaşından 5 yaşınadək bütün uşaqlar üçün uşaq bağçalarına getmək ödənişsiz olacaq. Yaponiyada ibtidai məktəbə qəbul altı yaşdan başlanır.

Yuxarı palata mayın 10-da, həmçinin aztəminatlı ailələrdən olan yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin də təhsil haqqından azad olunması barədə qanun qəbul edib. Bu qanun isə 2020-ci ilin aprelində qüvvəyə minəcək.

Həmin qanun layihələri parlamentin müzakirəsinə Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət tərəfindən təqdim edilib. Ş.Abe ardıcıl şəkildə ölkədə ödənişsiz təhsilin tətbiqinə çağırır və bunu öz siyasi proqramının əsas bəndlərindən biri hesab edir. Bu islahatların həyata keçirilməsini maliyyələşdirmək üçün hökumət cari ilin oktyabrında istehlak vergisini indiki 8 faizdən 10 faizə qaldırmağı planlaşdırır.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər