Yaponiyanın baş naziri Yosihide Suqi hökuməti tam heyətdə istefaya gedib.
Bu barədə yerli hökumət başçısının dəftərxanası bildirib.
Nazirlər Kabinetinin növbədənkənar iclasında baş nazir Suqi bütün hökumət üzvlərindən istefa bəyanatlarını toplayıb. Onlar yeni hökumətin qurulmasına qədər bir neçə saat öz nazirliklərinin müvəqqəti icraçısı olacaqlar. Tezliklə Yaponiya parlamenti yeni baş nazirin namizədliyinə səs verəcək.
Hökumətin başçısı hakim Liberal Demokrat Partiyasının yeni sədri Fumio Kisida olacaq. Bundan sonra Kisida yeni hökumətinin tərkibini açıqlayacaq.
Gözlənilir ki, xarici işlər naziri Tosimisu Moteqi və müdafiə naziri Nobuo Kisi yeni Nazirlər Kabinetinin heyətində öz vəzifələrini saxlayacaq.