23 C
Baku
Saturday, April 20, 2024

Yaponiyanın ən böyük bankı ilin sonunadək öz kriptovalyutasını buraxacaq

Mitsubishi UFJ Financial Group, “MUFG Coin” steyblkoini təqdim etməyə hazırlaşır, kriptovalyuta ödəniş və pul köçürmələri üçün istifadə ediləcək.

2019-cu ilin sonunadək Yaponiyanın maliyyə konqlomeratı Mitsubishi UFJ Financial Group öz kriptovalyutasını (MUFG Coin) təqdim edəcək. Bu haqda  bank holdinqinin yeni prezidenti Kanezugu Mike xəbər verib.

Şirkət steyblkoini sınaqdan keçirir, yeni kriptovalyutanın kursu yapon yeninə bağlı olacaqdır (1:1). İstifadəçilər rəqəmsal pul vasitəsilə restoran və dükanlarda ödəniş etmək və pul köçürmələri əməliyyatlarını yerinə yetirmək imkanını əldə edəcəklər. Bu eksperimentdə iştirak etmək üçün, əmanətləri yeni pullara çevirən xüsusi bir proqram yükləmək lazımdır.

Həmçinin, Mitsubishi UFJ Financial Group, rəqəmsal pul ticarəti üçün platforma açmağı planlaşdırır. Bu barədə məlumat ötən ilin yanvarında üzə çıxmışdır, ondan sonra layihənin inkişafı barədə heç bir məlumat verilməyib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər