Yaponiyanın ən zəngin milyarderi və “Uniqlo” mağazalar şəbəkəsinin təsisçisi Tadasi Yanai “SoftBank” ın 18 ildir daxil olduğu direktorlar şurasını tərk edəcək.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, milyarderin sərvəti 24,9 milyard dollar təşkil edir. O, şəxsi bütün diqqətini şəxsi biznesinin inkişafına yönəltməyi planlaşdırır. Bu haqda “Fast Retailing” in məlumatlarına istinadən “Financial Times” yazıb.
Mütəxəssislərin qiymətləndirmələrinə görə. Tadasi Yanainin gedişi “SoftBank” ın pis dövrünə düşüb. Belə ki, hal-hazırda şirkət “WeWork” in ucuzlaşması, IPO-nun baş tutması problemlərinin həlli ilə məşğuldur. Ümumilikdə “SoftBank” bu layihəyə 10,6 milyard dollar yatırıb.
Ekspertlər Tadasi Yanainin postunu tərk etməsinin əsas səbəbi kimi direktorlar şurasında müstəqil səs vermənin olmamasını göstərirlər.





