Ötən il Yaponiyanın kənd təsərrüfatı, balıqçılıq və ərzaq məhsulları ixracı növbəti dəfə rekord həddə çatıb. Artıq 12-ci ildir ki, Yaponiyada qeyd olunan sahələr üzrə ixrac rekord səviyyədədir.
Bununla bağlı ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu cür ixrac əvvəlki illə müqayisədə 3,7 faiz artaraq 1,507,3 milyard yen təşkil edib.
ABŞ-ın Çinin balıqçılıq idxalına qadağa qoymasından sonra Yaponiyanın balıq ixracı ən böyük ərzaq ixracat məntəqəsi olub.
Qeyd edək ki, Yaponiya hökuməti 2025-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ərzaq ixracını 2 trilyon yenə çatdırmağı hədəfləyib.