Yaponiyanın 40-dan çox şirkəti iflas oldu

Bu ilin fevral ayından bəri Yaponiyanın az 42 şirkəti fəaliyyətinin dayandırılmasının səbəbi kimi yeni növ koronavirusun yayılmasının vurduğu zərərləri göstərərək müflisləşmə prosedurunun icrasına başlayıb.

TASS xəbər verir ki, bu barədə çərşənbə günü Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, müflis olmuş şirkətlərin 70%-i turizm və ictimai iaşə sferalarına aiddir.

Daha əvvəl Yaponiya hökuməti Tokio və Osaka da daxil olmaqla, yeddi prefekturada fövqəladə rejim tətbiq edib. Sakinlər xüsusi ehtiyac olmadan evlərini tərk etməməyə çağırılır.

Yaponiyada hazırda 5,1 mindən çox yoluxma halı qeydə alınıb ki, bunun da təxminən 700 nəfəri “Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipajının payına düşür. Ən çox yoluxma hadisəsi (1,1 min) Tokio sakinləri arasında aşkar edilib. Yaponiyada 109 nəfər virus qurbanı olub.

©Report