8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Yaponiyanın 70-dən çox şirkəti 2022-ci ildə yeni rəqəmsal valyuta buraxacaq

Yaponiyanın ən böyük bankları da daxil olmaqla 74 şirkət və təşkilatdan ibarət konsorsium 2022-ci ilin ikinci yarısında dövriyyəyə yeni rəqəmsal valyuta buraxmaq niyyətindədir.

Banker.az xəbər verir ki, konsorsium şirkətlər arasında gecə-gündüz ani əməliyyatlar həyata keçirmək üçün blokçeyn texnologiyalarından və ümumi platformada istifadə etməyi planlaşdırır. DCJPY ilə ilk təcrübələr bu ilin əvvəlində həyata keçirilə bilər.

Hesablaşmalar minimum transfer məbləği 1 yen olmaqla Yaponiyanın milli valyutası (yen) ilə aparılacaq. Eyni zamanda rəqəmsal valyuta böyük əməliyyatlar üçün komissiyalar adi hesablardan bank köçürmələri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olmalıdır.

Konsorsiuma Yaponiyanın üç bank nəhəngi – “Mitsubishi UFJ”, “Sumitomo Mitsui Financial Group” və “Mizuho Financial Group”, habelə nəqliyyat, enerji və digər sənaye sahələrini təmsil edən bir sıra şirkətlər daxil olacaq.

Onlar arasında “JR East” dəmir yolu şirkəti, ölkənin ən böyük çatdırılma xidməti “Yamato Holdings”, NFT telekommunikasiya korporasiyası və “Kansai Electric Power” enerji şirkəti var.

Yaponiya Bankı (Mərkəzi Bank) bu ilin aprelində öz rəqəmsal valyutasının buraxılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. Gələn ilin mart ayına qədər yeni sistem üçün sınaq mühit hazırlanacaq. Eyni zamanda rəqəmsal valyutanın buraxılması və geri alınması da daxil olmaqla, əsas funksiyaları ilə sınaqdan keçiriləsi planlaşdırılır. Daha əvvəl Yaponiya Bankı qeyd etmişdi ki, hazırkı mərhələdə o, faktiki olaraq öz rəqəmsal valyutasını buraxmağı düşünmür, lakin qlobal tendensiyalarla əlaqədar belə bir fürsəti istisna etmir.

Son xəbərlər
Oxşar xəbərlər
X