Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib – Yenilənib

21:08 – Yaponiyanın Azərbaycandakı səfirliyinin fəaliyyətini qeyri-müəyyən müddətə dayandırması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Dəqiqləşdirilmiş məlumata əsasən, səfirlik fəaliyyətini tam dayandırmayıb.

Hazırda hər hansı konkret təhdid barədə informasiya daxil olmasa da, Orta Şərqdəki gərgin vəziyyət fonunda ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız konsulluq şöbəsi 2 və 3 mart tarixlərində müvəqqəti olaraq bağlanıb.

Beləliklə, məhdudiyyət yalnız iki günü əhatə edən müvəqqəti xarakter daşıyır.


12:49 – Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik”, – səfirliyin açıqlamasında bildirilib.

Son xəbərlər
Digər xəbərlər