23 C
Baku
Sunday, July 3, 2022

Yaponiyanın baş naziri Bayden ilə görüşəcək

Yaponiya və ABŞ hakimiyyətləri aprelin 9-da baş nazir Yosihide Suqa və prezident Cozef Baydenin görüşünün uyğunlaşdırılmasına başlayıb.

Bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin məlumatına görə, aprelin 8-də Suqanın ABŞ-a səfəri başlayacaq. Səfər dörd gün davam edəcək.

Gözlənildiyi kimi, Yaponiyanın baş naziri Cozef Baydenin şəxsi görüş keçirəcəyi ilk xarici lider olacaq.

Suqa səfərdən əvvəl koronavirusdan peyvənd ediləcək. Tərəfin danışıqların gedişatında Çini, Koreya Xalq Demokratik Respublikasını, iqlim dəyişikliyini və ikitərəfli strateji ittifaq məsələlərini müzakirə edəcəkləri gözlənilir.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər