10 C
Baku
Friday, December 13, 2024

Yaponiyanın Baş naziri istefa verib

Yaponiyanın Baş naziri Shinzo Abe mətbuat konfransında istefa verdiyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, sağlamlığı ilə əlaqəli olan problemlərə görə hökumətin başçısı kimi fəaliyyət göstərə bilmədiyini söyləyib.

“Siyasətçi üçün ən vacib şey nəticə nümayiş etdirməkdir. Bunun üçün 7 il 8 ay çalışdım. Siyasətçi səhhətinin optimal vəziyyətdə olmaması səbəbindən səhv edə bilməz. Mən Baş nazir vəzifəsindən istefa verirəm”, – deyə Abe bildirir.

Xatırladaq ki, 65 yaşlı Baş nazir 17 və 24 avqust tarixlərində xəstəxanada müayinə edilib. Birinci müayinə yeddi saat yarım, ikinci müayinə isə dörd saat davam edib. O, 2007-ci ildə də təyin olunmasından bir il sonra səhhətindəki problemlərə görə vəzifəsindən istefa vermişdir.

Son xəbərlər
Digər xəbərlər