Yaponiyanın baş naziri və hakim Liberal Demokrat Partiyasının rəhbəri Fumio Kişida 2022-ci ildə ümumilikdə 38.6 milyon yendən (267.2 min dollardan çox) çox qazanıb.
O, gəlirləri baxımından parlamentdə təmsil olunan bütün digər partiyaların liderlərini üstələyib.
Bu göstərici üzrə ikinci yerdə kommunistlərin lideri Kazuo Şii olub. O, 2022-ci ildə 20.5 milyon yen (təxminən 142 min dollar) qazanıb. Bu məbləğin əhəmiyyətli hissəsi keçən il yapon kommunistlərinin proqramı ilə bağlı dərc edilmiş şərhlərə görə ödəniş idi.
Kişidadan fərqli olaraq parlamentdə təmsil olunan bütün digər siyasi partiyaların liderlərinin gəlirləri onun deputatlarının orta qazancından aşağı olub. Bu, demək olar ki, 21.6 milyon yen (149.1 min dollar) təşkil edib.
Hakim LDP-nin nümayəndələri artıq altıncı ildir ki, parlamentdə qazanclarına görə lider olaraq qalırlar. 2022-ci ildə onların orta gəliri 22.8 milyon yendən (təxminən 158 min dollar) çox olub. Ən çox qazanan 10 deputat siyahısında Liberal Demokratlar yeddi yeri tutur.
Kişidanın gəliri onun baş nazir vəzifəsində aldığı maaşdan və parlament üzvünə ödəniləcək ödənişlərdən, həmçinin nəşrlərə görə qonorardan, ödənişli çıxışlardan əldə olunan qazancdan ibarətdir.