Yaponiyanın baş naziri Siqeru İşiba istefa vermək niyyətindədir.
Bu barədə NHK telekanalı məlumat verib.
Qeyd olunur ki, o, rəhbərlik etdiyi Liberal Demokrat Partiyasında (LDP) parçalanmanın qarşısını almaq üçün belə bir qərar qəbul edib. Bazar ertəsi günü LDP-də bütün fəaliyyətdə olan deputatlar və regional partiya təşkilatlarının nümayəndələri arasında partiya sədrinin vaxtından əvvəl seçkilərinin keçirilməsi məsələsi ilə bağlı sorğunun nəticələri açıqlanmalı idi.
Xatırladaq ki, iyul ayında keçirilən parlament seçkilərində uğursuzluqdan sonra partiyada çoxları İşibanın istefasını tələb edirdi.