16 C
Baku
Thursday, May 2, 2024

Yaponiyanın Baş naziri “taxıl sazişi”nə görə Ərdoğana təşəkkür edib

Yaponiyanın Baş naziri Fumio Kişida BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Ukrayna taxılının dənizlə tədarükü ilə bağlı razılığın əldə edilməsində oynadığı rola görə Türkiyə liderinə təşəkkür edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kişida qlobal ərzaq böhranı kontekstində Ukraynadan taxıl ixracının həyata keçirilməsi ilə nəticələnən BMT, Ukrayna və Rusiya ilə dördtərəfli danışıqlar yolu ilə İstanbulda Birgə Koordinasiya Mərkəzinin yaradılması istiqamətində Türkiyənin diplomatik səylərinə hörmətini ifadə edib”, – məlumatda deyilir.

Bundan əlavə, Kişida Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərinə əsaslanan səylərini qeyd edib.

İki ölkə liderləri, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, ikitərəfli münasibətlərin inkişafı çərçivəsində iqtisadi tərəfdaşlıq sazişi üzərində işi sürətləndirmək, həmçinin enerji və kosmos sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

Kişida xüsusilə Rusiyanın Ukraynaya qarşı hərəkətlərini pisləyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər