7 C
Baku
Monday, February 6, 2023

Yaponiyanın Baş naziri və Çinin Sədri son üç ildə ilk dəfə görüşüblər

Yaponiyanın Baş naziri Fumio Kişida və Çinin Çin Xalq Respublikasının Sədri Si Cinpin Tailandın paytaxtı Bankoqda görüşüblər.

Bu, Yaponiya və Çin liderlərinin son üç ildə ilk dəfə baş tutan üz-üzə görüşüdür.

Baş nazir Fumio Kişida bildirib ki, hər iki tərəf Yaponiya –Çin münasibətlərinin konstruktiv və sabit əsaslarla qurulması üçün səyləri fəallaşdırmalıdırlar.

Sədr Si Cinpin isə öz növbəsində qeyd edib ki, Çin tərəfi ikitərəfli əlaqələrə strateji mövqedən yanaşır və münasibətlərin yeni dövrün tələblərinə uyğun qurulmasını istəyir.

Qeyd edilir ki, iki ölkə liderlərinin sammiti Yaponiyanın mübahisəli Senkaku adaları ətrafında Çin gəmilərinin fəallaşdığı bir dövrə təsadüf edir. Həmin adalar Yaponiyanın nəzarəti altında olsa da, Çin və Tayvan bu adalara iddialıdırlar. Yaponiya tərəfi adaların suverenliyinin problem olmaması mövqeyində dayanır.

Həmçinin Çin Tayvana təzyiqi artırmaqda davam edir. Çin silahlı qüvvələrinin Tayvan ətrafında keçirdiyi son təlimlərdə bir neçə raket Yaponiyanın məxsusi iqtisadi zonasına düşüb.

Görüşdə Yaponiya tərəfi, eyni zamanda, Senkaku adaları da daxil olmaqla Şərqi Çin dənizində vəziyyət, həmçinin Çinin hərbi fallığının artmasından narahatlığını bildirib. Yaponiyanın Baş naziri növbəti dəfə Tayvan boğazında sülhün və sabitliyin qorunmasının vacibliyini qeyd edib.

Müzakirələr zamanı liderlərin iki ölkə arasında münasibətlərin bütün səviyyələrdə inkişaf etdirmək, o cümlədən nazirlər səviyyəsində danışıqları bərpa etmək barədə razılığa gəldiyi qeyd edilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X